×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 19 iyun, AZƏRTAC

Yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,4 faiz artıb.
Hesabat dövründə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,4 dəfə, ölçmə cihazlarının istehsalı isə 88 faiz çoxalıb.

 

İKT 2023-06-19 10:45:00