×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə sahəsinə xərclənən vəsait açıqlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 2,7 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 160,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 155,1 milyon manatı rabitənin payına düşüb.

 

İKT 2023-06-14 12:09:00