×
A
A
A
Sazlamalar

İyunun 13-də Azərbaycanda COVID-19 əleyhinə 78 doza vaksin vurulub

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 78 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 42, ikinci doza vaksinlərin sayı 14, üç və daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 244, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 741, ikinci mərhələ üzrə 4 milyon 883 min 997, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 254, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 252-dir.

Səhiyyə 2023-06-13 16:46:00