×
A
A
A
Sazlamalar

İyunun 12-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

 

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 166, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 699, ikinci mərhələ üzrə 4 milyon 883 min 983, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 236, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 248-dir.

 

Səhiyyə 2023-06-12 16:58:00