Astarada 4012 hektar sahədə yazlıq əkin aparılıb
Astara, 12 iyun, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun təsərrüfatlarında yaz-tarla işləri başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu günə kimi 4012 hektar sahədə yazlıq əkin aparılıb. Məhsul istehsalçıları bu il 540 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 183 hektar sahədə qarğıdalı, 121 hektar yonca, 930 hektar kartof, 1864 hektar tərəvəz, 374 hektar bostan bitkiləri əkiblər.
Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 178 hektarının məhsulu yığılıb, 1455 ton tərəvəz istehsal olunub.
Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 250 hektar kartof sahəsindən 1925 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 77 sentner təşkil edir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb