×
A
A
A
Sazlamalar

Əhliman Əmiraslanov: Vərəm cəmiyyət üçün böyük problemdir

Bakı, 12 iyun, AZƏRTAC

Parlamentdə vərəmlə bağlı daim dinləmələr keçirilir, müzakirələr aparılır. Bunun əsas səbəbi odur ki, vərəm bütövlükdə cəmiyyət üçün böyük problemdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iyunun 12-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirilməsi üzrə nümayəndə heyəti ilə görüş zamanı deyib.
O, ölkəmizdə vərəm xəstəliyi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb. Parlamentin bu xəstəliklə mübarizə baxımından gördüyü işləri qeyd edən komitə sədr bildirib ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun daha da yaxşılaşdırılması üçün işlər aparılır.


Səhiyyə 2023-06-12 15:45:00