×
A
A
A
Sazlamalar

Samuxda intensiv üsulla becərilən şaftalı və armud bağları salınıb

Samux, 12 iyun, Elcan Məmmədov, AZƏRTAC

İntensiv üsulla becərilən meyvə bağlarının salınması Samux rayonunda geniş vüsət alıb.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 1 iyun tarixinə rayonda 2298,1 hektar meyvə bağları və giləmeyvəliklər mövcud olub. Bunun 149.7 hektarı intensiv üsulla becərilir.
Cari ildə 49 hektar intensiv üsulla becərilən yeni meyvə bağları salınıb. Yeni salınmış intensiv üsulla becərilən bağların 48 hektarı şaftalı, 1 hektarı armud olub.

 

Kənd təsərrüfatı 2023-06-12 11:52:00