×
A
A
A
Sazlamalar

İyunun 10-da Azərbaycanda COVID-19 əleyhinə 58 doza vaksin vurulub

Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 58 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 25, ikinci doza vaksinlərin sayı 7, üç və daha çox doza vaksinlərin sayı 25, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 126, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 685, ikinci mərhələ üzrə 4 milyon 883 min 970, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 224, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 247-dir.

Səhiyyə 2023-06-10 17:29:00