×
A
A
A
Sazlamalar

Beşinci Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilir

Bakı, 9 iyun, AZƏRTAC

Bakıda 5-ci Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilir.
AZƏRTAC xəbər verir ki, konqresdə mütəxəssis məruzəçilərin iştirakı ilə dağınıq skleroz, NMO, MOQ ilə əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaf üsulları müzakirə ediləcək.
Şifahi və poster təqdimatlarında türkdilli dövlətlərdə görülən işlər təqdim olunacaq.
Görülən işlərlə türkdilli ölkələr arasında qüvvələr birliyinin yaradılması ilə birgə iş planları hazırlanacaq.
Konqres zamanı fasilələrdə türkdilli ölkələrin sosial tədbirləri də olacaq.
Qeyd edək ki, konqres iyunun 11-dək davam edəcək.

Səhiyyə 2023-06-09 10:14:00