×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 63 doza vaksin vurulub

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 63 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 45, ikinci doza vaksinlərin sayı 9, üç və daha çox doza vaksinlərin sayı 7, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 963, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 596, ikinci mərhələ üzrə 4 milyon 883 min 954, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 170, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 243-dür.

 

Səhiyyə 2023-06-07 20:54:00