İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 57 doza vaksin vurulub
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 57 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 15, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı - 3.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 758, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 507, ikinci mərhələ üzrə 4 milyon 883 min 896, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 118, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 237-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar