×
A
A
A
Sazlamalar

İyunun 1-də Azərbaycanda COVID-19 əleyhinə 55 doza vaksin vurulub

Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 55 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 20, ikinci doza vaksinlərin sayı 14, üç və daha çox doza vaksinlərin sayı 21, pozitiv nəticədən sonra “buster” vaksini vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 701, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 492, ikinci mərhələ üzrə 4 milyon 883 min 877, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 98, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 234-dür.

Səhiyyə 2023-06-01 16:43:00