Ailə 15 ildən sonra əkiz övlad sahibi olub
Bakı, 1 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası qadının əkiz övladları dünyaya gəlib.
AZƏRTAC Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna istinadla bildirir ki, həkim mama-ginekoloq Leyli Əhmədova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə dünyaya gələn əkizlər Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.
Həkim-neonatoloq Kövsər Azadəliyeva, şüa-diaqnostika üzrə həkim Təranə Kərimova və tibbi heyət tərəfindən vaxtından əvvəl dünyaya gələn körpələrə təyin olunan düzgün müalicə taktikası ilə əkizlər ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar