×
A
A
A
Sazlamalar

Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib

Bakı, 30 may AZƏRTAC

Polşa hökuməti Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edərək onların maliyyə aktivlərini dondurub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yayan Polşanın Daxili İşlər Nazirliyi şirkətlərin birbaşa Rusiya ilə əlaqəli fəaliyyət göstərdiklərini bildirib. Sanksiyaya məruz qalan 365 nəfərin 16-sı fiziki şəxsdir ki, onların da 15-i Rusiya vətəndaşıdır. Onlar Avropa İttifaqının sanksiyalarına məhəl qoymayaraq Belarus və Polşa ərazilərində biznes fəaliyyətlərini davam etdiriblər. Bu səbəbdən də Polşa onlara qarşı sanksiya tətbiq etmək məcburiyyətində qalıb.
Belarus tərəfi sanksiyaları qanunsuz və qərəzli hesab edib.

Dünya 2023-05-30 19:50:00