Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Bakı, 30 may, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, telefon danışığı zaman Strateji Mexanizm toplantısına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya üzvlük prosesi və İstanbul Taxıl sazişi məsələləri müzakirə edilib.
Antoni Blinken Türkiyə dövlətinin başçısının yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə təbriklərini çatdırıb.
Pakistanda məsciddə baş verən partlayışda 5 nəfər ölüb, 10 nəfər yaralanıb
Afrika ölkəsində keçirilən gözəllik müsabiqəsində ağdərili qadın qalib gəlib