Niderland “F 16”-ları Ukraynaya göndərməyi nəzərdən keçirir
Bakı, 27 may, AZƏRTAC
Ukraynaya “F 16” qırıcılarının tədarükü ilə bağlı qərar hələ verilməyib, lakin Niderland bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Niderlandın Baş naziri Mark Rutte mətbuat konfransında bildirib.
Bundan əvvəl Niderland ukraynalı pilotlara “F 16” qırıcılarını idarə etmək üçün tez bir zamanda təlim keçməyə başlamaq istədiklərini bildirmişdi. Proqram tərəfdaşlarla, o cümlədən Belçika, Böyük Britaniya, Danimarka ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ təlimə “yaşıl işıq” yandırmışdı.
Niderlandın onlarla “F 16” qırıcısı var və onlar tədricən daha müasir “F 35”-lərlə əvəz olunur.
Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib
Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib