Tərtərli kümçülər barama tədarükünə başlayıblar
Tərtər, 26 may, AZƏRTAC
Tərtər rayonunda barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülərin yetişdirdikləri 664 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon kümçülərinə 375 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdlarının bəslənməsində heç bir çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 15 ton barama istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2023-cü illərdə Tərtər rayonunda 374 mindən artıq çəkil tingi əkilib, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb.
Balakənli kümçülər iki gündə qəbul məntəqəsinə 2,1 tondan çox yaş barama təhvil veriblər
Şabranda taxıl biçininə hazırlıq işləri yekunlaşıb
Zaqatalada mövsümün ilk günündə 351 kiloqram yaş barama təhvil verilib
Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib
Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər