×
A
A
A
Sazlamalar

TƏBİB: Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 9 nəfər evə buraxılıb

Bakı, 26 may, AZƏRTAC

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.
Qeyd edək ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə 2023-05-26 16:22:00