Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 179 doza vaksin vurulub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 179 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 22, ikinci doza vaksinlərin sayı 110, üç və daha çox doza vaksinlərin sayı 44, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 723, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 367, ikinci mərhələ üzrə 4 milyon 883 min 651, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 490, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 215-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar