×
A
A
A
Sazlamalar

TƏBİB: Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağırdır

Bakı, 26 may, AZƏRTAC

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Səhiyyə 2023-05-26 14:24:00