×
A
A
A
Sazlamalar

ÜST: Dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 17 faiz azalıb

Bakı, 26 may, AZƏRTAC

Aprelin 24-dən mayın 21-dək dünyada koronavirus infeksiyasına təxminən 2,3 milyon nəfər yoluxub, 15 minə yaxın insan ölüb. Ölüm hallarının sayı ötən 28 gün ilə müqayisədə 17 faiz, yoluxma hallarının sayı isə 21 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.
ÜST-nin məlumatına əsasən, dünyada dörd həftə ərzində 2 290 351 yoluxma halı və 14 985 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox - 462 726 yoluxma halı Koreya Respublikasında aşkar edilib. Daha sonra ABŞ (256 909), Yaponiya (164 367), Braziliya (146 105) və Avstraliya (125 992) yer alıblar. ABŞ-də aprelin 24-dən mayın 21-nə qədər ən çox - 4 135 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə Braziliya (1 206), Fransa (810), İspaniya (745) və Rusiya (663) qərarlaşıb.
Ötən dörd həftə ilə müqayisədə 28 gün ərzində aşkar edilmiş yoluxma hallarının sayı ÜST-nin altı regionundan ikisində - Afrika (11 faiz) və Qərbi-Sakit Okean regionunda (38 faiz) artıb. Qalan regionlarda bu göstəricinin azalması qeyd olunub. Ölüm hallarının sayı 28 gün ərzində Afrika (6 faiz), Qərbi-Sakit Okean regionu (9 faiz), Amerika (21 faiz) və Cənubi-Şərqi Asiyada (61 faiz) artıb.

Səhiyyə 2023-05-26 11:20:00