×
A
A
A
Sazlamalar

Mayın 25-də Azərbaycanda COVID-19 əleyhinə 200 doza vaksin vurulub

Bakı, 25 may AZƏRTAC
Mayın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 200 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 25, ikinci doza vaksinlərin sayı 68, üç və daha çox doza vaksinlərin sayı 105, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 544, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 345, ikinci mərhələ üzrə 4 milyon 883 min 541, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 446, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 212-dir.

Səhiyyə 2023-05-25 17:27:00