×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

Bakı, 25 may, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 431 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 85 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1148, bu günə qədər isə ümumilikdə 7 milyon 616 min 76 test icra olunub.

Səhiyyə 2023-05-25 17:24:00