×
A
A
A
Sazlamalar

“Samsung” istifadəçilərinin nəzərinə: mobil telefonunuzdakı fərdi məlumatlarınız ələ keçə bilər

Bakı, 24 may, AZƏRTAC

“Samsung” cihazlarında ciddi boşluq (CVE-2023-21492) aşkarlanıb.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Android” 11, 12 və 13 versiyalarında çalışan “Samsung” cihazlarının nüvəsindəki boşluq kiberdələduzun “ASLR”dan yan keçməsinə imkan verir.
Boşluğun istismarı kiberdələduzun cihazda mövcud fərdi məlumatları ələ keçirməsinə, zərərli proqram təminatı quraşdırmasına və cihazı uzaqdan idarə etməsinə səbəb ola bilər.
Təhlükəsizlik üçün istifadəçilərə “Android” əməliyyat sisteminin ən son təhlükəsizlik yeniləmələrini etmək tövsiyə olunur.

İKT 2023-05-24 10:54:00