×
A
A
A
Sazlamalar

Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 146 doza vaksin vurulub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 146 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 54, ikinci doza vaksinlərin sayı 70, üç və daha çox doza vaksinlərin sayı 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 957, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 241, ikinci mərhələ üzrə 4 milyon 883 min 224, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 289, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 203-dür.

Səhiyyə 2023-05-20 16:41:00