×
A
A
A
Sazlamalar

Qaxın təsərrüfatlarında indiyədək 1459 hektarda dən üçün qarğıdalı əkilib

Qax, 17 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qax rayonunun təsərrüfatlarında 1500 hektaradək sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulub. Hazırda təsərrüfatlarda qarğıdalı əkini yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1459 hektar sahədə qarğıdalı əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, fermerlər əkin zamanı xaricdə istehsal olunan “Dekalp”, “Pioner” və digər yüksək məhsuldar toxum sortlarına üstünlük veriblər. Hazırda qarğıdalı sahələrində cərgələrarası becərmə işlərinə başlanılıb.
Ötən il Qax rayonunun torpaq mülkiyyətçiləri dən üçün qarğıdalı əkilmiş 1556 hektar sahədən 13 min 573 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 87,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1714 ton artıb.

Kənd təsərrüfatı 2023-05-17 17:48:00