×
A
A
A
Sazlamalar

® “Azercell” ölkənin qadın liderlərini bir araya gətirir

Lider mobil operator “SHE Baku Congress”in əsas tərəfdaşıdır

“Azercell” 5-ci dəfə Azərbaycanda keçirilən “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal platforma yaradır.
Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan “Azercell” şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə də informasiya kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən şirkətin Hüquq, etika və komlayens departamentinin direktoru Şirin Əliyeva “Azercell”in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.
Bu il mayın 17-də Bakıda “JW Marriott Absheron” otelində “Öz həyatına sahib ol” (“Own your life”) şüarı altında baş tutacaq konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.
Tədbir haqqında əlavə məlumatı https://www.facebook.com/events/1283009022288235/  səhifəsində əldə etmək mümkündür.

İKT 2023-05-12 15:16:00