×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Bakı, 10 may, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 201 nəfər müalicə olunaraq sağalıb, 10 min 260 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827, bu günə qədər isə ümumilikdə 7 milyon 600 min 248 test icra olunub.

Səhiyyə 2023-05-10 18:36:00