×
A
A
A
Sazlamalar

Mayın 9-da Azərbaycanda COVID-19 infeksiyasına 25 yoluxma faktı qeydə alınıb

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 156 nəfər müalicə olunaraq sağalıb, 10 min 260 nəfər vəfat edib. Aktiv xəstə sayı 172 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1500, bu günə qədər isə ümumilikdə 7 milyon 599 min 421 test icra olunub.

Səhiyyə 2023-05-09 22:58:00