Balakəndə indiyədək 9342 hektar sahədə yazlıq bitkilər əkilib
Balakən, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9342,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2953,6 hektar çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 6145 hektarda dən üçün qarğıdalı, 1526 hektarda tərəvəz, 627 hektar sahədə kartof, 120 hektarda bostan bitkiləri, 78 hektarda paxlalılar əkib, 734 hektar sahəyə çoxillik yonca səpiblər. Təsərrüfatlarda tütün əkini də davam edir. Fermerlər tərəfindən indiyədək 112,1 hektar sahəyə tütün şitilləri köçürülüb.
Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 11 min 816 hektar sahədə yazlıq bitkilər əkiblər. Yazlıq əkinlərin 7 min 667 hektarını dən üçün qarğıdalı sahələri təşkil edib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb