×
A
A
A
Sazlamalar

Samuxda məhsul buraxılışının həcmi 68,7 faiz artıb

Samux, 8 may, Elcan Məmmədov, AZƏRTAC

Cari ilin I rübündə Samux rayonu üzrə məhsul buraxılışının həcmi 37098,8 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3283,3 min manat və ya 68,7 faiz çoxdur.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul buraxılışının 19703,9 min manatı və ya 53,1 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür. Bitkiçilik məhsullarının istehsal həcmi 3128,6 min manat, heyvandarlıq məhsullarının istehsal həcmi isə 16575,3 min manat olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsal həcmi 819,8 min manat və ya 35,5 faiz, heyvandarlıq məhsullarının istehsal həcmi isə 1931,5 min manat və ya 13,2 faiz artıb.
Məhsul buraxılışının həcmi sənaye üzrə 17,8 faiz, tikinti üzrə 0,3 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 2,0 faiz, informasiya və rabitə üzrə 0,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 26,1 faiz olub.

 

Kənd təsərrüfatı 2023-05-08 11:30:00