×
A
A
A
Sazlamalar

“Azərtütün” ASC tərəfindən bu günədək şimal-qərb rayonlarında 378,6 hektar sahədə tütün əkilib

Zaqatala, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında bu günədək 378,6 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Qurumdan bildirilib ki, bu il ASC tərəfindən həmin rayonlarda 667,1 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 76 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 603,1 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə şirkətin özünə məxsus 64 hektar sahədə də tütün əkiləcək.
Bu günədək şirkət tərəfindən Zaqatala rayonunda 71 hektar, Balakəndə 67,6 hektar, Qaxda 87,1 hektar, Şəkidə 148,9 hektar, Oğuz rayonunda isə 4 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.

Kənd təsərrüfatı 2023-05-05 12:31:00