×
A
A
A
Sazlamalar

Fiziki fəaliyyət süd vəzi xərçəngi riskini azaldır

Bakı, 4 may, AZƏRTAC

Aparılan yeni bir tədqiqata görə, qaçış və ya gəzinti kimi daha yüngül idman məşqləri etmək süd vəzi xərçəngi riskini 21 faizə qədər azalda bilər.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, İngiltərədə 48 mindən çox qadın üzərində aparılan araşdırma nəticəsində gəzinti, ev işləri kimi yüngül fiziki fəaliyyətlərin süd vəzi xərçəngi riskini aşağı saldığı məlum olub.
Tədqiqatda bildirilir ki, gündə 5 saat 45 dəqiqədən çox yüngül fiziki fəaliyyətlə məşğul olmağı bacaranların xərçəng riski 21 faiz azalır.
Mütəxəssislər işləyən insanların nahar fasiləsində gəzintiyə çıxmaqlarını tövsiyə edir. İngiltərənin Qlazqo Universitetində tədqiqatda iştirak edən qadınlara izləyici aparat quraşdırılıb və gündəlik həyatlarına normal davam etmələri xahiş edilib. 48 min 286 qadından ibarət iştirakçılar 39-71 yaş arasında olub.
Nəticələr göstərib ki, qadınların dörddə biri həftədə 2 min 419 dəqiqədən çox (təxminən 5 saat 45 dəqiqə) yüngül fiziki fəaliyyətlə məşğul olub. Bütün qadınlar orta hesabla 5 il yarım izlənilib və bu müddət ərzində onlardan sadəcə 836-da süd vəzi xərçəngi aşkarlanıb.

Səhiyyə 2023-05-04 14:53:00