×
A
A
A
Sazlamalar

Mayın 3-də Azərbaycanda COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

Bakı, 3 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 953 nəfər müalicə olunaraq sağalıb, 10 min 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1471, bu günə qədər isə ümumilikdə 7 milyon 593 min 644 test icra olunub.

Səhiyyə 2023-05-03 16:37:00