Göyçayda yaş barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur
Göyçay, 3 may, AZƏRTAC
Baramaçılıq Göyçay rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Barama yetişdirilməsi ilə əlaqədar göyçaylı kümçülərə 250 qutu (5000 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.
AZƏRTAC xəbər verir ki, hazırda 87 kümçü tərəfindən ipəkqurdlarının bəslənməsi davam edir. Builki mövsümdə Göyçay rayonunda yaş barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il 67 nəfər kümçü tərəfindən 180 qutu ipəkqurdu bəslənilib, 4537 kiloqram barama istehsal olunub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb