×
A
A
A
Sazlamalar

“TEKNOFEST Türkiyə – 2023”də Beynəlxalq Astronavtika Konqresinə dair təqdimatlar nümayiş olunub

Bakı, 1 may, AZƏRTAC

“Azərkosmos” Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində oktyabrın 2-6-da Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qurumla birgə milli pavilyonda təmsil olunan “Azərkosmos” festivalın iştirakçılarına fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festivalda Azərbaycan pavilyonunu ziyarət edən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yeditepe Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr edilmiş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.

İKT 2023-05-01 18:21:00