×
A
A
A
Sazlamalar

Balakənli kümçülərə 800 qutu ipəkqurdu paylanılıb

Balakən, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 32 tona çatdırılması qarşıya hədəf qoyulub. Cari ildə rayonda iki yüzdən çox kümçü barama yetişdirilməsi ilə məşğul olacaq.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun kümçülərinə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 800 qutu və ya 15,2 kiloqram ipəkqurdunun paylanılması prosesi qısa müddətdə başa çatdırılıb.
Qurum rəsmisinin sözlərinə görə, rayonun kümçüləri mövsümə ciddi hazırlaşıblar. Kümxanalarda dezinfeksiya işləri aparılıb, tut ağaclarına aqrotexniki qulluq olunub.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 31,6 ton yaş barama istehsal edilib.

 

Kənd təsərrüfatı 2023-04-29 13:02:00