×
A
A
A
Sazlamalar

Rezervuarı insan olan yoluxucu xəstəliyi peyvəndlə aradan qaldırmaq mümkündür

Bakı, 28 aprel, AZƏRTAC

Bir sıra yoluxucu xəstəlikləri peyvəndlər vasitəsilə aradan qaldırmaq təcrübəsi mövcuddur. Xəstəliyin mənbəyi, rezervuarı insan olduğu hallarda onu peyvənd vasitəsilə aradan qaldırmaq mümkündür. Yəni insandan-insan yoluxan bir xəstəlikdirsə və ona qarşı bir vaksin mövcuddursa tam ləğv etmək olur.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qurumun rəsmi feysbuk səhifəsində yayımlanan “TƏBİB məsləhətində” deyib.
“Bəzi yoluxucu xəstəliklər var ki, biz onlara təbii ocaqlı xəstəliklər deyirik. Onların yayılmasında heyvanların çox böyük rolu olur. Belə olan halda onları tam ləğv etmək çətin olur. Burada sadəcə səhiyyə xidməti deyil, digər xidmətlərin aktivliyi vacibdir”, - deyə Y.Qarayeva qeyd edib.

 

 

 

Səhiyyə 2023-04-28 17:36:00