×
A
A
A
Sazlamalar

Rusiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Bakı, 27 aprel, AZƏRTAC

Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi təşkil olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, markanın möhürlənməsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib. Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Liderin portreti təsvir edilib.
Qeyd edək ki, poçt markasından əlavə bu mövzuda Birinci gün zərfləri nəşr olunub.

İKT 2023-04-27 17:24:00