×
A
A
A
Sazlamalar

Yaz allergiyası martdan iyuna qədər olan dövrü əhatə edir

Bakı, 26 aprel, AZƏRTAC
Allergiyanın əlamətləri lokalizasiya yerindən asılı olaraq dəyişir. Belə ki, əgər proses allergik rinit şəklində təzahür edirsə, bu zaman burunda qıcıqlanma, sulanma, qaşınma, tez-tez asqırma şikayətlərinə təsadüf olunur. Əgər proses dəri səthində lokalizasiya olunursa, səpkilər şəklində təzahür edə bilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova nazirliyin rəsmi instaqram səhifəsində “Uşaqlarda mövsümi allergiya” mövzusunda canlı yayımda deyib.
Ç.Novruzova bildirib ki, yaz mövsümündə görünən allergik reaksiyalar mart ayından başlayaraq iyun ayına qədər davam edir. Proses ağacların, çiçəklərin, otların, taxıl bitkilərinin çiçəklənmə dövrünü əhatə edir. Bu dövrlə əlaqədar olaraq bitkilərdə tozlanma müşahidə olunur, tozcuqlar ətraf mühitə saçılır və ona qarşı reaksiyalar başlayır. Həmin dövrdə allergik rinit, üst tənəffüs yollarının allergiyası, bonxial astmadan əziyyət çəkənlərin şikayətlərində artımlar qeydə alınır.

Səhiyyə 2023-04-26 16:07:00