Tərtərdə 2410 hektar sahədə yazlıq səpin həyata keçirilib
Tərtər, 25 aprel, AZƏRTAC
Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aprelin 1-dək 2410,5 hektar yazlıq səpin həyata keçirilib. Əkinlərin 16,5 hektarı dən üçün qarğıdalı, 10,5 hektarı şəkər çuğunduru, 651 hektarı günəbaxan, 330 hektarı kartof, 261,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1141 hektarı yem bitkiləridir.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə aparılır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb