Oğuz rayonunda tütün əkininə başlanılıb
Oğuz, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 150 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkiləcək sahələr ötən illə müqayisədə 80 hektaradək artırılacaq. Artıq təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Tayıflı və Şirvanlı kəndlərinin ərazilərindəki təsərrüfatlarda 10 hektaradək sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayon ərazisində “Azərtütün” ASC tərəfindən 25 hektar, “Azəri” Korporasiyası tərəfindən 95 hektar, fiziki şəxslər tərəfindən isə 30 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 6 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 67 hektar sahədən 196,3 ton quru tütün əldə ediblər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb