×
A
A
A
Sazlamalar

Tərtərdə kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Tərtər, 24 aprel, AZƏRTAC

Yanvar-mart ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 min 628,1 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, məhsul buraxılışı əsasən heyvandarlıq məhsullarının hesabına formalaşıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb.

 

 

Kənd təsərrüfatı 2023-04-24 12:14:00