® “Azercell” “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur
Azərbaycanın lider mobil operatoru “GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edəcək. Konfrans “Azercell” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq tədbir mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və beynəlxalq ekspertləri bir araya gətirərək onlara sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmağa şərait yaradacaq.
“Biz “GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq”, - deyən “Azercell”in prezidenti Zərinə Zeynalova bildirib: “Azərbaycanın lider mobil operatoru kimi biz mobil rabitə sənayesində innovasiyaları və inkişafı daim təşviq edirik. Tədbir mobil bağlanti sahəsinin gələcəkdə böyüməsi və dəyər qatması üçün doğru sərmayə yatırımını müzakirə etmək, bu kritik infrastrukturun qorunması ilə bağlı fikir mübadiləsi üçün əla platforma olacaq”.
Qeyd edək ki, GSMA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilərin çıxışı ilə yanaşı, panel müzakirələri də yer alacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzuları əhatə edəcək. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcək.
Mayın 16-17-də Bakıda keçiriləcək bu tədbirdə iştirak etmək üçün “GSMA M360 Eurasia” səhifəsində onlayn qeydiyyatdan keçmək olar.
Tədbir barədə daha ətraflı məlumatı bu səhifədən əldə etmək mümkündür: https://www.mobile360series.com/eurasia/.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb