Astara rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb
Astara, 18 aprel, İlkin Adıyev, AZƏRTAC
Yanvar-mart aylarında Astara rayonunda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilin ilk üç ayı ərzində rayonda 1007 ton diri çəkidə ət, 6917,2 ton süd, 2540 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8,2 ton və ya 0,8 faiz, süd istehsalı 116,9 ton və ya 1,7 faiz artıb. İstehsal olunan diri çəkidə ətin 994,9 tonu, südün 6774,9 tonu, yumurtanın isə hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni yolla mayalanması uğurla davam etdirilir.
Cari ilin birinci rübündə rayonda 457 baş inək və camış süni yolla mayalandırılıb, 207 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb