×
A
A
A
Sazlamalar

Astarada yazlıq bitkilərin səpini davam etdirilir

Astara, 17 aprel, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda yazlıq bitkilərin səpini davam etdirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin birinci rübündə 1715,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Yazlıq səpinin hamısı ailə kəndli təsərrüfatlarının payına düşür.
Məhsul istehsalçıları 162 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 72,1 hektar sahədə qarğıdalı, 754,2 hektar sahədə kartof, 615,5 hektarda tərəvəz və 1,2 hektar sahədə bostan bitkiləri, 110,5 hektar sahədə çoxillik yonca əkiblər.
Təsərrüfatlarda tərəvəz əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

 

 

Kənd təsərrüfatı 2023-04-17 16:27:00