Neftçalada ət və süd məhsullarının istehsalı artıb
Neftçala, 11 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Neftçala rayon təsərrüfatlarında 2023-cü ilin birinci rübündə iribuynuzlu mal–qaranın baş sayı 43 min 925 başa çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 379 baş və ya 0,9 faiz çoxdur.
İnək və camışların baş sayı 22 min 281 başa çatıb. Qoyun və keçilərin baş sayı isə 3084 baş artaraq 147 min 929 baş olub. Rayon üzrə təsərrüfatlar hesabına 1645,5 ton ət istehsal edilib. Onun 701,2 tonunu quş əti təşkil edib. Süd istehsalı 5710,5 ton, yumurta istehsalı 4 milyon 315 min ədəd istehsal olub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb