Yardımlıda yazlıq bitkilərin əkini davam edir
Yardımlı, 5 aprel, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprel ayının əvvəlinə olan məlumatlara əsasən, rayon üzrə 825 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 hektar çoxdur.
Yazlıq əkin sahəsinin 226 hektarı dənli və dənli paxlalı bitkilər, 483 hektarı kartof, 116 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Yazlıq bitkilərin əkinin əsasını kartof sahəsi təşkil edir.
Rayonun Yolocaq, Vərov və Horavar ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəaldırlar.
Hazırda əkin işləri davam edir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb