×
A
A
A
Sazlamalar

Rusiya Prezidenti “Akkuyu” AES-ə nüvə yanacağının doldurulması mərasimində iştirak edə bilər

Bakı, 30 mart, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” AES-ə nüvə yanacağının doldurulması mərasimində iştirak edə bilər
AZƏRTAC xəbər verir ki, bu barədə "A Haber" telekanalına müsahibəsində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
“Akkuyu” AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Vladimir Putinin aprelin 27-də keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlməsi ehtimalı var. Ola bilsin ki, biz onlayn formatda orada birlikdə iştirak edək”, - deyə Ərdoğan vurğulayıb.

Dünya 2023-03-30 01:01:00