×
A
A
A
Sazlamalar

“Azexport” və “Alibaba” platformasının nümayəndələri arasında növbəti görüş olub

Bakı, 27 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “Alibaba” elektron ticarət platformasının nümayəndələri arasında növbəti görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Alibaba” tərəfindən tətbiq olunan yeniliklər, reklam strategiyası, beynəlxalq trendlər, sertifikatlaşdırma kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, “Azexport” portalı yeddi ildən artıqdır “Alibaba” elektron ticarət platformasının qızıl üzvüdür. Hazırda platformada minədək Azərbaycan məhsulu nümayiş etdirilir. Bu platformadan “Azexport” portalına əsasən Asiya, Körfəz və Okeaniya ölkələrindən ixrac sifarişləri daxil olur.

İKT 2023-03-27 10:51:00